FİFA-dan federasiyaya sərt cəza

FİFA Trinidad və Tobaqo Futbol Assosiasiyasının (TTFA) fəaliyyətini müvəqqəti dayandırıb.

Komanda.az xəbər verir ki, buna TTFA-nın ali futbol qurumunun nizamnaməsini pozması səbəb olub.

FİFA Şurası əvvəllər assosiasiyanın işini normallaşdırmaq üçün komitə yaradıb, lakin qarşı tərəf yerli məhkəməyə şikayət etmək qərarına gəlib. Bu isə FIFA-nın qaydalarına ziddir.

Qadağa bütün pozuntular aradan qaldırıldıqdan sonra və FİFA üzvü kimi öhdəliklər tam yerinə yetirildikdə götürüləcək.