FİFA “Arsenal”ı cəzalandırdı

FİFA İngiltərənin “Arsenal” klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. FİFA, transfer qaydalarını pozduğu üçün “Arsenal”a 40 min İsveçrə frankı məbləğində pul cəzası verib və xəbərdarlıq edib.

“Arsenal” 2018-ci ildə PAOK-a keçən Çuba Ekpomun və İtaliya təmsilçisi “Frosinone”yə transfer olunan Joel Kempbellin keçidinə görə cəza alıb. “Topçular”ın futbolçuların başqa İngiltərə təmsilçisinə satılmaması üçün klublara şərt qoyduğu üzə çıxıb.