FİDE yeni reytinq cədvəlini açıqladı: Məmmədov və Rəcəbov…

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, keçən dəfəki siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub. İlk “10-luq”da Azərbaycanın iki şahmatçısı yer alıb. Şəhriyar Məmmədov 2770 xalla 8-ci, Teymur Rəcəbov isə  2765 xalla 10-cu pillədə qalıb.

Bir pillə irəliləyən Nicat Abbasov 2668 xalla 71-ci, Qədir Hüseynov 2665 xalla 74-cüdür. Üç pillə irəliləyən Rauf Məmmədov isə 2654 xalla 92-ci pillədədir. Arkadi Naydiç isə 2649 xalla 100-cüdür.

Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir (2862). Fabiano Karuana (ABŞ) 2823 xalla 2-ci, çinli Dinq Liren isə 2791 xalla 3-cüdür.

Qadın şahmatçılar arasında isə üç həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə bir pillə irəliləyərək 2443 xalla 30-cu yerə yüksəlib. Gülnar Məmmədova da bir pillə irəliləyib və 2382 xalla 81-cidir. Ondan 6 xal geri qalan Xanım Balacayeva 90-cıdır. Balacayeva da keçən siyahıya ilə müqayisədə bir pillə irəliləyib.