FİDE reytinqi: Məmmədyarov və Rəcəbov gerilədi

Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısında üç pillə geriləyib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 2747 xalla 13-cü yerdə qərarlaşıb.

Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub.

Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) 102-ci sıradadır.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2856) başçılıq edir. Çinli Liren Dinq (2811) ikinci, rusiyalı Yan Nepomnyaşi (2793) üçüncü yerdədir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. Məmmədzadə 18-ci, Fətəliyeva 39-cu, Məmmədova 62-ci, Balacayeva isə 66-cı sıradadır.

Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk “100-lüy”ə düşüb. O, 2356 xalla 98-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button