Yap Stam “Feyenoord”da!

“Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorstun mövsümün sonunda vəzifəsindən ayrılacağı xəbərini vermişdik.

Komanda.az xəbər verir ki, Hollandiya təmsilçisini növbəti mövsümdən etibarən çalışdıracaq yeni baş məşqçinin adı məlum olub. Bu barədə Hollandiya mətbuatı məlumat yayıb.

Holland mütəxəssis Yap Stam “Feyenoord”un yeni baş məşqçisi olacaq. Stamla 2 illik müqavilə imzalandığı və iyul ayından vəzifəsinin icrasına başlayacağı bildirilib.

Stam hazırda Erediviziya təmsilçisi “Zvolle” klubunda baş məşqçilik edir. Onun Hollandiya klubuyla 2020-ci ilin yayına kimi müqaviləsi var.

“Feyenoord” bir müddət əvvəl baş məşqçi postu üçün Dik Advokata təklif göndərmiş, ancaq holland mütəxəssis bu təklifi rədd etmişdi.

2015-ci ildən “Feyenoord”a rəhbərlik edən Bronkhorst, mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button