Azərbaycan millisinin üzvünün qardaşı “Arsenal”ın hədəfində

“Feyenoord”un futbolçusu Orkun Kökçü “Arsenal” klubunun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, “Feyenoord”un Orkunu 20 milyon funt-sterlinq qarşılığında “Arsenal”a satmaq istədiyi bildirilib.

18 yaşlı yarımmüdafiəçi ilə daha əvvəl “Çelsi”, “Tottenhem”, “Beşiktaş” və “Fənərbaxça” da maraqlanırdı. Orkun bu mövsüm “Feyenoord” forması ilə 13 oyunda iştirak edərək, 2 qol vurub.

Orkun Kökçü, “Sabah”ın və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olan Ozan Can Kökçünün qardaşıdır.