“Feyenoord” Kökçü ilə bağlı qərarını açıqladı

Niderlandın “Feyenoord” klubu yarımmüdafiəçi Orkun Kökçü ilə müqavilənin müddətini uzatmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə Erediviziya nəhənginin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 19 yaşlı futbolçu ilə anlaşmanın müddətinin 2025-ci ilin yayına qədər uzadıldığı diqqətə çatdırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Qeyd edək ki, türk əsilli yarımmüdafiəçi Niderlandda anadan olub. Azərbaycanın “Sabah” klubunda çıxış edən Ozan Can Kökçünün qardaşı olan Orkunun adı son dövrlər London “Arsenal”ı da daxil olmaqla bir sıra Avropa nəhəngləri ilə yanaşı çəkilir.

Orkun Kökçü Niderland çempionatında koronavirus pandemiyasına görə erkən dayandırılan mövsümdə “Feyenoord”la 35 oyuna çıxıb, 3 qola imza atıb.