Ferqyusondan etiraf: Atası təklifimi rədd etdi və mənə dedi ki…

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson maraqlı etiraf edib.

Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan Ferqyuson, “qırmızı şeytanlar”ı çalışdırdığı vaxt, “Milan”da oynayan Paulo Maldinini transfer etmək istədiyini deyib:

“Milan”dan Maldinini transfer etmək istəmişdim, ancaq olmamışdı. Atasıyla danışdıqdan sonra Maldininin keçidinin mümkün olmadığını başa düşdüm.

Maldininin atası təklifimi rədd etdi və mənə dedi ki, “ulu babam “Milan”lıdır, atam “Milan”lıdır, mən “Milan”lıyam və oğlum da həmişə “Milan”lı oyunçu olacaq”. Bu, mənim üçün yaxşı dərs olmuşdu”.

Maldini 1984-2006-cı illər aralığında “Milan”da forma geyinib.