Ferqyuson “Mançester Yunayted”ə qayıtdı

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson yenidən klub sistemindəki işinə qayıdıb.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Feryuson klubun baş direktoru Riçard Arnoldun müşaviri olacaq.  Ferqyusona qərarların verilməsində “Mançester Yunayted”in keçmiş kapitanı Brayan Robson, sabiq idman direktoru Con Murtou və keçmiş icraçı direktor Devid Gill kömək edəcəklər.

Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. O, Britaniya futbol tarixində ən çox mükafat alan məşqçidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button