“Ferentsvaroş” yaxşı komandaya uduzdu” – Yuri Syomin

“Nəticəni gördüm. Yalnız onu deyə bilərəm ki, “Ferentsvaroş” yaxşı komandaya uduzdu”.

Komanda.az xəbər verir ki, bunu “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomin “Ferentsvaroş”un Macarıstanda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduğu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu barədə TASS-a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis Azərbaycan çempionunun çox ciddi komanda olduğunu deyib:

“Daim avrokubokların qrup mərhələsində çıxış edir, böyük xal fərqiylə ölkə çempionatının qalibi olur. Ona görə də, burada gözlənilməz heç nə yoxdur”.

Yuri Syomin 2013/2014 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.