Fellaini Çində – FOTO

Çinin “Şandun Lunen” klubunun “Mançester Yunayted”dən Maruan Fellainini transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çin təmsilçisiylə razılığa gəlib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Fellaini yeni klubuyla müqavilə imzalamaq üçün Çinə gedib. O, bu ölkənin hava limanında çəkdirdiyi şəkli öz “instagram” hesabında paylaşıb.

31 yaşlı yarımmüdafiəçinin “Şandun Lunen”lə 3 illik müqavilə imzalayacağı gözlənilir.