Federasiya qərarını verdi: Skaloni gedir, yoxsa qalır?

Argentina Futbol Federasiyası milli komandanın baş məşqçisi Lionel Skaloni ilə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəsisslə yeni müqavilə imzalanacaq. Federasiyanın çalışdırıcı ilə bütün məsələlərdə razılıq əldə etdiyi və yaxın günlərdə 2022-ci ilədək nəzərdə tutulan yeni müqaviləyə imza atılacağı bildirilir.

Bununla da, argentinalı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempinatında milli komandaya rəhbərlik edəcək.

Skaloni 2018-ci ildən Argentina millisinə rəhbərlik edir.