Federasiya prezidenti milli üzvləri ilə görüşdü

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakı İdman Sarayında Slovakiya, fevralın 2-də isə Afinada Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

Komanda.az xəbər verir ki, AFF prezidenti komandanın üzvlərinə qarşıdakı oyunlarda ugurlar arzulayıb. Millinin baş məşqçisi Joze Alesio Da Silva hazırlıqla və oyunçuların durumu ilə bağlı federasiya rəhbərinə məlumat verib.