Federasiya prezidenti futboldan ömürlük kənarlaşdırıldı

FİFA Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bartı futboldan ömürlük uzaqlaşdırıb.

Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Məhkəmə Jan-Bartın yetkinlik yaşına çatmayan qızlara və digər qadın oyunçulara cinsi zorakılıq etdiyini sübuta yetirib. O, FİFA-nın etik kodeksinin bir neçə bəndini pozub. Bu üzdən də federasiya prezidentinin futbolla əlaqəli bütün fəaliyyətlərinə qadağa qoyulub. Bundan əlavə o, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qərar noyabrın 18-dən qüvvəyə minib.

Jan-Bart 2000-ci ildən Haiti futboluna rəhbərlik edirdi. Onun cinayət əməlləri isə 2014-2020-ci illər aralığında qeydə alınıb.