Messini bağışlamadılar

İspaniya Futbol Federasiyası “Barselona” klubunun hücumçusu Lionel Messi ilə bağlı verdiyi apellyasiya şikayətinə baxıb.

Komanda.az xəbər verir ki, federasiya argentinalı futbolçunun cəzası ilə bağlı apellyasiya şikayətini rədd edib. Onun cəzası qüvvədə qalıb.

Messi İspaniya superkubokunun finalında “Atletik”in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq, meydandan qovulub. Argentinalı forvard iki oyunluq cəzalandırılıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button