“Liverpul”dan 4 qol buraxan “Barselona”ya baxın” – Ronaldo

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, D qrupunda “Atletiko”, “Bayer” və “Lokomotiv”lə qarşılaşacaq “qoca sinyora”nın portuqaliyalı futbolçusu, turnirlə və rəqibləri ilə bağlı açıqlama verib:

“Bu il də bütün komandalar gücləndi. Hər kəs qalib gəlmək üçün daha da güclü olmağa çalışır. Ümid edirəm ki, bu dəfə Çempionlar Liqasını “Yuventus” qazanar, amma bu turnirdə qalib gəlmək xüsusilə çətindir. Favoritlər hər zaman qalib gəlmir. “Enfild Roud”da “Liverpul”dan 4 qol buraxan “Barselona”ya baxın. Eyni zamanda, hər kəs bizim “Ayaks”ı məğlub edəcəyimizi gözləyirdi, amma bu, baş vermədi. Eyni hadisə “Real”da da yaşandı. Bu turnirdə qalib gəlmək çox çətindir, amma bunun üçün hər şey edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button