Favoritlər üçün itkisiz tur

Bu gün futzal üzrə Yüksək Liqada 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayıında təşkil olunan turun bütün oyunlarından əvvəl noyabrın 30-da Xızı rayonunda yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həyatını itirmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Turun açılış matçında EKOL ilə “Xilə” üz-üzə gəlib. Debütant təcrübəli rəqibi ilə görüşdə darmadağına üzülüb.

Milli komandanın bazası hesab edilən “Araz” (Naxçıvan) bu turda 19 yaşadək futzalçılardan ibarət yığma ilə qarşılaşıb və gözlənildiyi kimi növbəti qələbəsini qazanıb.

“Neftçi” İK “Alyans”la oyundan qalib ayrılıbsa, “Baku Fire” da “Record” üzərində qələbəyə sevinib.

Yüksək Liqa, 10-cu tur

3 dekabr

EKOL – Xilə 7:0
Qol
: Mehdi Rəsulov, 0:48; 23:43; 29:31. Samir Həmzəyev, 3:38; 17:17. Kənan Bədəlov, 6:14-öz qapısına. Ələsgər Ələsgərli, 29:11.
Hakimlər: Etibar Həsənov, Nail Nağıyev, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 12:00.

Araz (Naxçıvan) – U-19 7:1
Qol
: Rizvan Fərzəliyev, 8:09. Xətai Bağırov, 10:02; 11:02; 11:49. David Qustavo, 13:42. Maneka, 14:08. Murilo, 26:41 – Asiman Yusubov, 39:14.
Hakimlər: Mahir Məmmədov, Rza Məmmədov, Hikmət Qafarlı.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 14:15.

Alyans (Lənkəran) – Neftçi İK 2:8
Qol
: Sajjad Amirteimour, 21:45. İlham Allahverdiyev, 26:16 – Rüfət Balakişiyev, 3:10. Oruc Baxşəlizadə, 3:25; 17:07. Kənan Manafov, 12:40; 13:14. Adil İsmayılov, 14:37. Elçin Zeynalov, 19:38; 28:37.
Hakimlər: Ziya Nəsirov, Xəlil Xəlilov, knyaz Əmiraslanov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 16:15.

Baku Fire – Record 9:3
Qol
: Rasif Səfiyarov, 3:42; 6:28; 17:38. Elvin Quliyev, 19:39; 20:57; 36:02. Renat Sultanov, 24:23. Elgün Rzayev, 28:25. Murad Quluzadə, 30:20 – Hasan Ali Jafari, 29:54; 37:41. Matin Qahremani, 35:38.
Hakimlər: Ceyhun Hüseynov, Nahid Xasıyev, Hacıəli Ağayev.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:15.

Xal durumu: Araz – 30, EKOL – 24, Baku Fire – 18, Neftçi – 16, Record – 9, U-19 – 7, Xilə – 6, Alyans – 6.