Fauler koronavirusun güdazına getdi

Robbi Fauler baş məşqçisi olduğu “Brisbane Roar” klubu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Avstraliya klubunun mətbuat xidməti məlumat yayıb.

Klubdan verilən açıqlamada, bu addımın koronavirus səbəbiylə atıldığı bildirilib.

Mart ayında çempionat koronavirus səbəbiylə dayandırıldığı zaman Fauler və köməkçisi Toni Qrant İngiltərəyə qayıtmışdı. Artıq klub iki mütəxəssisin də geri qayıtmayacağını və onlarla yolların ayrıldığını açıqlayıb.

2019-cu ildə komandanın başına keçən Fauler, ümumilikdə 24 oyunda “Brisbane Roar”a başçılıq edib.