Fatih Terimdən “Neftçi” reaksiyası – VİDEO

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”yə rəqib olmalarına qeyri-adi formada reaksiya verib.

Komanda.az xəbər verir ki, püşkatma mərasimini canlı izləyən 67 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin adını görəndə buna çox sevinib və bunları söyləyib:

“Neftçi” ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, can qardaşlarımızı tapdıq”.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununa saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button