“Fasilə işimizə yaradı” – Sənan Qurbanov

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə “Qəbələ” və “Sumqayıt” arasında keçirilən yoxlama görüşündən (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov qarşılaşma barədə fikirlərini açıqlayıb.

Komanda.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Neftçi” ilə oyundan sonra futbolçularımız istirahətə buraxıldı. Martın 20-dən məşqlərimizi bərpa etdik. Görünən odu ki, oyunçularımız yaxşı istirahət etmişdilər. Həmin gündən indiyə qədər olan məşq planımız oyunla tamamlanmalı idi. Bu oyundan da razı qaldıq. Çünki sürətli oyun gözləyirdik, elə də oldu. Futbolçularımız mübarizə apardılar. Sabahdan etibarən “Sabah”la oyunun hazırlığına başlayacağıq. Həkimlər söz veriblər ki, zədəli oyunçularımızdan Voyislav Stankoviç komandaya qoşulacaq. Ancaq bu, hələ yekun qərar deyil. Digər oyunçularımız Elvin Camalov və Rasim Ramaldanov isə bu həftə həkim nəzarətindən sonra komandaya qoşulacaqlar. Çempionatda yaranmış fasilə bizim işimizə yaradı. Bundan maksimum yararlanmağa çalışdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button