“Fasilədə 11 dəyişiklik etmək istəyirdim” – Mourinyo

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Antverpen”ə (Belçika) 0:1 hesabı ilə məğlub olan “Tottenhem”in baş məşqçisi Joze Mourinyo oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun çalışdırıcısı, məğlubiyyətə layiq olduqlarını bildirib:

“Fasilədə 11 dəyişiklik etmək istəyirdim. Günahkar yalnız bir nəfər var, o da mənəm. Start heyəti üçün futbolçuları mən seçirəm. Fasilə zamanı vəziyyəti düzəltməyə çalışdım, amma bu, kifayət etmədi. İlk 45 dəqiqəyə nəzərən oyunun gedişatını dəyişdirmək çətin oldu. İkinci hissədə daha yaxşı oynadıq, onda rəqib də fərqli çıxış etdi. Sonda “Antverpen” layiq olduğu nəticəni əldə etdi. Meydandakı ən yaxşı komanda qalib gəldi”.