Falkao açıqladı – Futboldan sonra hansı idman növüylə məşğul olacağını

“Monako”nun futbolçusu Radamel Falkao Fransa mətbuatına maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “France Football” nəşrinə danışan kolumbiyalı forvard, futbolçu karyerasını bitirdikdən sonra beysbola başlamaq istədiyini deyib:

“Uşaqlığımdan bəri beysbolu çox sevirəm. Venesuelada olarkən də bununla məşğul olurdum. Bu barədə həyat yoldaşımla tez-tez danışırıq. Futbolçu karyeramı bitirdikdən sonra beysbola başlamaq istəyirəm. Basketbolçu Maykl Cordan kimi. Cordan basketbolda adından söz etdirən biri oldu və üst səviyyədə çıxış edirdi, ancaq beysbolda özünü göstərə bilmədi. Amma mən ilk olmaq istəyirəm”.

33 yaşlı Falkaonun “Monako” ilə 2020-ci ilin yayına kimi müqaviləsi var. Hücumçu bu mövsüm iştirak etdiyi 31 oyunda 13 qol vurub.