Falkao: “Milan”, yoxsa “Latsio”?

“Monako”nun futbolçusu Radamel Falkao karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, kolumbiyalı forvardla “Milan” və “Latsio” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Falkaonun transfer danışıqları üçün İtaliyaya gedəcəyi bildirilib.

“Monako”yla mövsümün sonuna qədər müqaviləsi olan Falkao, bu mövsüm Liqa 1-də 23 qarşılaşmada iştirak edərək, 9 qol vurub.

Karyerası ərzində “Portu”, “Atletiko”, “Çelsi”, “Mançester Yunayted” kimi klublarda çıxış edən Falkao, 2016-cı ildən “Monako”nun formasını geyinir.

81 dəfə Kolumbiya millisinin uğurları üçün çalışan 33 yaşlı forvard, yığmada 32 qol vurub.