Fabreqas rəsmən “Monako”da


İngiltərənin “Çelsi” klubu ilə yollarını ayıran Sesk Fabreqasın yeni komandası rəsmən müəyyənləşib.

Komanda.az xəbər verir ki, 31 yaşlı ispaniyalı futbolçu gözlənildiyi kimi, “Monako”ya transfer olunub. Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

İspaniya millisinin sabiq üzvü yeni klubu ilə 3,5 illik müqaviləyə imza atıb. “Monako” bu transferə görə heç bir təzminat ödəməyəcək.

Fabreqas 2014-cü ildən “Çelsi”də çıxış edirdi. O, daha öncə Londonun digər təmsilçisi “Arsenal”ın da şərəfini qoruyub. İspaniyalı yarımmüdafiəçi bu iki komandada bütövlükdə 504 oyun keçirib, 81 qola imza atıb. Bu klublarla 2 dəfə İngiltərə çempionu olan Sesk, eyni sayda da Federasiya Kubokunun qalibi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button