“Fərqli il, eyni ssenari” – De Bruyne

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Lion”a 1:3 hesabı ilə məğlub olaraq, mübarizəni dayandıran “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu, məğlub olduqları oyunu belə şərh edib:

“Açıq oyun getdi, amma “Lion”un oyun ərzində çox şans yaratdığını düşünmürəm. Kifayət qədər yaxşı deyildik, öyrənməyimiz, dərs çıxarmağımız lazımdır. İlk hissədə yaxşı oyun göstərə bilmədik, oyuna zəif başladıq, əslində, başqa seçimimiz də yox idi. İkinci hissədə isə daha yaxşı oynadıq, şans yaratdıq. Hesabı bərabərləşdirsək də, iki qol buraxdıq. Turnirdən bu cür kənarlaşmağımız ayıbdır. Bir neçə ildir eyni hədəflə yola çıxsaq da, bacara bilmirik. Fərqli il, eyni ssenari”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button