Fərid Nəbiyev: “Meydana qələbə qazanmaq üçün çıxacağıq”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini söyləyib.

Komanda.az xəbər verir ki, o, komandanın bu gün baş tutan son məşqindən sonrakı brifinqdə bunları söyləyib:

“Zədədən sonra iki aydı məşq edirəm və sabahkı oyuna hazıram. Oyunöncəsi son məşqimizdi. Çox istəkliyik və meydanda ən yaxşısını etməyə çalışacağıq. Təbii ki, meydana qələbə qazanmaq üçün çıxacağıq. Rəqibin oyununu izləmişik, informasiyamız var. Onların səhvlərindən maksimum istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button