“Fənərbaxça” da büdrədi

Türkiyə Super Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. İki turda 1 xal toplayan “Qalatasaray” çətin “Kayseripor” səfərinə yollanıb. Qarşılaşmada hesabı bu yay Kayseri klubuna transfer olunan “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike açıb. Amma ikinci hissədə həm braziliyalı futbolçu, həm də digər komanda yoldaşı Abdennur meydandan qovulub. Bundan maksimum yararlanan “Qalatasaray” iki qol vuraraq hesabda önə keçib. 9 nəfərlə qalmasına baxmayaraq, meydan sahibləri əlavə vaxtda daha bir qol vurublar. Amma bu qolun müəllifi Umut Bulut da meydandan qovulub. “Qalatasaray”da isə Əmrə Mor qırmızı vərəqə alıb. Buna baxmayaraq, İstanbul təmsilçisi əlavə olunmuş 10-cu dəqiqədə qələbə qolunu vurmağı bacarıb.

Günün digər qarşılaşmasında “Kasımpaşa” “Ankaragücü”nü sınağa çəkib. Bu oyunda da qonaqlar minimal hesabla üstün olublar.

Şənbə günü üç görüş baş tutub. “Konyaspor” “Antalyaspor”u, “Beşiktaş” “Rizəspor”u, “Göztəpə” isə “Dənizlispor”u qəbul edib. Hər üç qarşılaşma bərabərliklə başa çatıb.

Turun mərkəzi oyunu İstanbulda keçirilib. İlk iki turda maksimum nəticə əldə edən “Fənərbaxça”, mövsümün iddialı komandalarından olan “Trabzonspor”u qəbul edib. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

“Sivasspor” – “Qazişəhər” matçı da eyni hesabla başa çatıb. “Gənclərbirliyi” evdə “Başakşəhər”ə, “Yeni Malatyaspor” isə “Alanyaspor”a məğlub olub.

Türkiyə Super Liqası, 3-cü tur

30 avqust

Kasımpaşa – Ankaragücü 0:1
Qol
: İ.Parlak, 23.

Kayserispor – Qalatasaray 2:3
Qol
: P.Enrike, 37. U.Bulut, 90+1 – Belhanda, 66-pen. Babel, 88. A.Böyük, 90+10.

31 avqust

Konyaspor – Antalyaspor 2:2
Qol
: Bajiç, 60. Miya, 75 – S.Özkan, 16-pen. Mukairu, 84.

Beşiktaş – Rizəspor 1:1
Qol
: Vida, 54 – O.Çağlayan, 37.

Göztəpə – Dənizlispor 0:0

1 sentyabr

Gənclərbirliyi – Başakşəhər 1:2
Qol
: Sio, 36 – D.Ba, 83-pen. Vişça, 90.

Sivasspor – Qazişəhər 1:1
Qol
: Kone, 72 – Tvumasi, 35.

Fənərbaxça – Trabzonspor 1:1
Qol
: Q.Rodriqes, 17 – Ekuban, 28.

Yeni Malatyaspor – Alanyaspor 2:3
Qol
: Bifuma, 47. Yahoviç, 57 – C.Gülsəlam, 20. Fernandes, 22. Sisse, 44.

Bombardir: Papis Sisse (Alanyaspor) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button