“Fənərbaxça”nın baş məşqçisi üçün Azərbaycan iddiası

“Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal Azərbaycan milli komandasını çalışdıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Xəbərdə, Ərsun Yanalın Azərbaycan millisində baş məşqçi postuna namizədlərin arasında olduğu bildirilir.

Azərbaycan millisinin baş məşqçisi postuna adları məlum olan digər namizədlər isə Oleq Kononov, Canni de Byazi, Branko İvankoviç, Luici Di Byaco və Çezare Prandellidir.

2018-ci ilin dekabrından “Fənərbaxça”nı çalışdıran Yanalın müqaviləsi mövsümün sonuna qədərdir. 58 yaşlı mütəxəssis bundan əvvəl “Trabzonspor”, “Əskişəhərspor”, “Manisaspor” kimi klublarda və Türkiyə yığmasında çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button