Şeydayev üçün növbəti rəqib – “Borussiya”nın futbolçusu “Dinamo”da

Rusiyanın “Dinamo” klubu heyətini iki yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisi rusiyalı müdafiəçi Roman Noyştadteri və hücumçu Maksimilian Filippi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Noyştadterlə 1, Filipplə isə 4 illik müqavilə imzalanıb.

Noyştadter “Dinamo”ya azad agent kimi keçib. Moskva təmsilçisi Filipp üçün isə klubu “Borussiya”ya (Dortmund) 20 milyon avro ödəyib.

“Dinamo”da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də forma geyinir. Moskva təmsilçisi bir müddət əvvəl “Marsel”dən Klinton Njini də transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button