“Fənərbaxça”dan ayrılan futbolçu rəsmən “Olimpiakos”da

Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Matyu Valbuenanın yeni klubu rəsmən müəyyənləşib.

Komanda.az xəbər verir ki, fransalı yarımmüdafiəçi karyerasını “Olimpiakos”da davam etdirəcək. Bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2017-ci ildən “Fənərbaxça”da çıxış edirdi. Ötən həftə İstanbul klubundan ayrıldığını açıqlayan Valbuena, Türkiyə təmsilçisində 71 oyuna çıxıb, 12 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button