“Fənərbaxça”da uruqvaylı futbolçu – RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa nəhəngi uruqvaylı müdafiəçi Maurisio Lemosu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Las Palmas”dan transfer olunan 25 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Uruqvay yığmasına da dəvət alan futbolçu yeni komandasında 3 nömrəli formanı geyinəcək.

“Defensor”un yetirməsi olan Lemos, sonralar “Rubin” (Rusiya) və “Sassuolo”da da oynayıb. O, 2016-cı ildən “Las Palmas”ın uğurları üçün çalışırdı.

“Fənərbaxça” bu yay Lemosdan öncə Gökhan Gönül, Caner Erkin, Mert Hakan Yandaş, Filip Novak, Mame Tiam, Sinan Gümüş və Xose Sosanı da transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button