“Fənərbaxça”da braziliyalı yarımmüdafiəçi – RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Marsel” klubundan Luis Qustavonu heyətinə cəlb edib.

Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb. 32 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Fənərbaxça”nın bu keçid üçün Fransa klubuna 6 milyon avro ödədiyi bildirilir.

Luis Qustavo karyerası ərzində Almaniyanın “Volfsburq” və “Bavariya” komandalarının da formasını geyinib.

Yeri gəlmişkən, “Fənərbaxça” bir müddət öncə transfer etdiyi yeni futbolçusu Allahyar Sayyadmaneşi icarəyə verib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, iranlı hücumçu 2019/20 mövsümünü icarə əsasında Türkiyə 1-ci liqa təmsilçisi “İstanbulspor”da keçirəcək. “Fənərbaxça” bu yay transfer etdiyi Sayyadmaneşlə 5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button