Autsayderlərin duelində 3 qol

Türkiyə Super Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 4 günü əhatə edəcək. 28-ci turun açılış oyununda “Bursaspor” “Trabzonspor”u qəbul edib. Çətin günlərini yaşayan Bursa təmsilçisi bu oyundan da məğlub ayrılıb.

Şənbə günü üç oyun baş tutub. “Konyaspor” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. “Rizəspor” “Göztəpə” ilə ev oyununda minimal hesabla üstün olub. 28-ci turun digər maraqla gözlənilən qarşılaşmasında lider “Başakşəhər” “Beşiktaş”ın qonağı olub. “Qara qartallar” bu oyundan qələbə ilə ayrılıblar.

Turun mərkəzi görüşündə “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Qalatasaray”la qarşılaşıb. “Bülbüllər” 19 ildir ki, öz meydanında “Qalatasaray”a məğlub olmurdu. Bu dəfə də ənənə pozulmayıb. Hesabı qonaqlar açsa da, meydan sahibləri bu topun əvəzini çıxmağı bacarıblar. Beləcə, bu qarşılaşma heç-heçə yekunlaşıb.

Son oyun günündə autsayderlər qarşılaşıb. Sonuncu pillədə qərarlaşmış “Ərzurumspor” özündən öndə olan “Akhisarspor”la üz-üzə gəlib. Matçda hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbə qazanıblar və sonuncu pillədən qurtulublar.

Türkiyə Super Liqası, 28-ci tur

12 aprel

Bursaspor – Trabzonspor 0:1
Qol
: A.Omur, 68.

13 aprel

Konyaspor – Sivasspor 1:1
Qol
: Ö.A.Şahiner, 22 – Diabate, 39.

Rizəspor – Göztəpə 1:0
Qol
: Şaheşuhe, 51.

Beşiktaş – Başakşəhər 2:1
Qol
: Hatçinson, 42. B.Yılmaz, 52 – Robinyo, 35.

14 aprel

Kayserispor – Ankaragücü 0:2
Qol
: Boyd, 77. İ.Parlak, 90.

Yeni Malatyaspor – Alanyaspor 1:1
Qol
: A.Büyük, 7-pen – J.Fernandes, 12.

Antalyaspor – Kasımpaşa 1:0
Qol
: M.Erdinc, 23.

Fənərbaxça – Qalatasaray 1:1
Qol:
E.Elmas, 71 – Onyekuru, 66.

15 aprel

Ərzurumspor – Akhisarspor 2:1
Qol
: İ.Akdağ, 73. Sunu, 77 – Manu, 60.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button