“Trabzonspor”a 1 qol bəs etdi

Bu gün Türkiyə Super Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, 4 günü əhatə edəcək tur “Antalyaspor” – “Ankaragücü” matçıyla start götürüb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“Qalatasaray” İzmirdə “Göztəpə” ilə qarşılaşıb. İstanbul təmsilçisi bu oyundan məğlub ayrılıb.

Lider “Sivasspor” bu turda “Gənclərbirliyi”nin qonağı olub və xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma azarkeşləri qarşısında əzəli rəqiblərindən olan “Beşiktaş”ı qəbul edib. Dörd qolun qeydə alındığı İstanbul derbisində meydan sahibləri qələbə qazanıblar.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Dənizlispor”la qarşılaşan “Alanyaspor” darmadağına sevinib. “Konyaspor”un qonağı olan “Trabzonspor”a isə qələbə üçün 1 qol bəs edib.

Türkiyə Super Liqası, 16-cı tur

20 dekabr

Antalyaspor – Ankaragücü 2:2
Qol
: Çiko, 23. Blanko, 80 – Kanteros, 56. Kitsiu, 90+4.

21 dekabr

Yeni Malatyaspor – Rizəspor 0:2
Qol
: O.Çağlayan, 6. A.Umar, 72.

Kasımpaşa – Qaziantep 3:4
Qol
: V.Sarı, 10. Kuaresma, 57. Tiam, 80 – Kayode, 5; 44-pen. K.Özer, 21. Djilobodji, 33.

Göztəpə – Qalatasaray 2:1
Qol
: Jerome, 9. Akbunar, 61 – Qassama, 27-öz qapısına.

22 dekabr

Gənclərbirliyi – Sivasspor 2:2
Qol
: Stanku, 56. Ayite, 58 – Kone, 24. Yatabare, 90+6.

Kayserispor – Başakşəhər 1:4
Qol
: Kravets, 38 – M.Lopes, 5-öz qapısına. Kula, 10-öz qapısına. D.Ba, 48. Aleksiç, 90+2.

Fənərbaxça – Beşiktaş 3:1
Qol
: Kruse, 23-pen. O.Tufan, 32. Muriqi, 58 – Hatçinson, 45+5.

23 dekabr

Dənizlispor – Alanyaspor 1:5
Qol
: Estupinan, 83 – Velinton, 35; 42. Djalma, 43. Sisse, 86. O.Bulut, 86.

Konyaspor – Trabzonspor 0:1
Qol
: Sorlot, 37.

Bombardir: Boqdan Stanku (Gənclərbirliyi) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button