“Fənərbaxça” azarkeşləri Rusiya və Ukrayna klublarını səhv saldı

“Fənərbaxça” azarkeşləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Kiyev “Dinamo”suna məğlubiyyətdən sonra sosial şəbəkədə Moskva “Dinamo”sunun paylaşımlarının altına şərhlərdə Rusiya bayraqları ilə çoxlu görüntülər buraxıblar.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatı bu barədə “Yəqin ki, Türkiyə klubunun azarkeşləri Moskva və Kiyev komandalarının hesablarını qarışdırıblar” yazıb.

“Fənərbaxça” “Dinamo”ya 1:2 hesabı ilə uduzaraq, iki oyunun nəticəsinə görə ÇL-lə vidalaşıb.

İstanbul komandasının azarkeşləri rəqibin qolundan sonra Rusiya prezidenti Vladimir Putinin adını hayqırmağa başlayıb.

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku isə bütün bunlara görə oyundan sonra mətbuat konfransına gəlməyib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button