Fərid Nəbiyevli “Viktoriya” böyük hesabla uduzdu

Futbol üzrə Çexiya 2-ci divizionunda 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Vlaşim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Fərid də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

11 turdan sonra 18 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.