Lider büdrədi, “Qalatasaray” əzmkar qələbəyə imza atdı

Türkiyə Super Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Fənərbaxça” doğma azarkeşləri önündə “Sivasspor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb.

Şənbə günü beş oyun baş tutub. “Konyaspor” evdə “Rizəspor”a, “Akhisarspor” “Kasımpaşa”ya, “Ərzurumspor” “Trabzonspor”a məğlub olub. “Antalyaspor” doğma meydanda “Alanyaspor”u darmadağın edib. “Beşiktaş” isə “Göztəpə” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

Lider “Başakşəhər” “Kayserispor” səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub.

“Qalatasaray” bu turda “Bursaspor”la qarşılaşıb. “Sarı-qırmızılar” səfər oyununda əzmkar qələbəyə imza atıblar.

Türkiyə Super Liqası, 26-cı tur

15 mart

Fənərbaxça – Sivasspor 2:1
Qol
: Soldado, 74. M.Ekici, 86 – Ö.Hurmacı, 73.

16 mart

Konyaspor – Rizəspor 0:2
Qol
: Muriqi, 2. Samudio, 68.

Akhisarspor – Kasımpaşa 2:3
Qol
: Manu, 32. Bokila, 62-pen – Koita, 7. A.Xalili, 87. Trezeqe, 90.

Ərzurumspor – Trabzonspor 0:1
Qol
: Nvakaeme, 64.

Antalyaspor – Alanyaspor 3:0
Qol
: H.Özmert, 26. Doukara, 32. A.Silva, 48.

Beşiktaş – Göztəpə 1:0
Qol
: B.Yılmaz, 46.

17 mart

Yeni Malatyaspor – Ankaragücü 3:1
Qol
: A.Büyük, 55-pen. Gilyerme, 58. A.İldiz, 90 – Orgill, 72.

Kayserispor – Başakşəhər 1:1
Qol
: Ş.Cinaz, 20 – Adebayor, 90.

Bursaspor – Qalatasaray 2:3
Qol
: Saxo, 16. Sayvet, 42 – Ndiaye, 45. Diane, 56-pen. Fequli, 63.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 23 qol.