“Əsəbiləşdim və Alveşi təpiklədim” – “Fənərbaxça”nın sabiq futbolçusu

“Fənərbaxça”nın sabiq futbolçusu Mehmet Topuz maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi, 2016-cı ildə “Fənərbaxça”dan ayrılmağının səbəbini açıqlayıb:

“Fənərbaxça”dakı 7 ilimin hər biri xüsusi keçdi. Yaxşı nəticələr əldə etdik. Son mövsümümdə baş məşqçi postuna Vitor Pereyra gəldi. O, türk futbolçuları arxa planda saxlayır, üstünlüyü legionerlərə verirdi. Bir gün məşq zaman Bruno Alveş gənc futbolçumuz Uyqara sərt müdaxilə etdi. Nəticədə Uyqar ciddi zədə aldı. Mən də əsəbiləşdim və Alveşi təpiklədim. Bundan sonra klubda vəziyyətim dəyişdi. Beləcə, mövsümün sonunda bitən müqaviləm yenilənmədi və mən də komandadan ayrıldım”.

Topuz 2009-2016-cı illər aralığında “Fənərbaxça”da çıxış edib.