“Fənərbaxça”nın hücumçusu sıradan çıxdı

Türkiyənin “Fənərbaxça” komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Mbvana Samatta zədələnib.

O, “Gənclərbirliyi” ilə yoxlama oyununda (4:0) sıradan çıxıb.

Qeyd edək ki, Samatta bu ildən “Fənərbaxça”da oynayır. Onun zədəsinin nə dərəcədə ciddi olması ətraflı tibbi müayinələrdən sonra bilinəcək.