“Fənərbaxça”nın futbolçusu rəsmən Almaniya klubunda

“Fənərbaxça”nın futbolçusu Mikael Frey karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu “Nürnberq”ə keçib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İsveçrəli futbolçu Almaniya klubuna 1 illik icarəyə verilib. 2-ci Bundesliqa təmsilçisi mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna da malikdir.

2018-ci ilin yayında “Fənərbaxça”ya keçən Frey, ötən mövsüm Super Liqada 14 oyuna 3 qol vurub.