“Fənərbaxça”nın futbolçusu La Liqa klubunda

“Fənərbaxça”nın futbolçusu Roberto Soldado karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu “Xetafe” klubu ilə razılıq əldə edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Soldado, La Liqa təmsilçisiylə 2 illik müqavilə imzalayacaq.

“Real”ın yetirməsi olan Soldado, karyerası ərzində “Real”, “Xetafe”, “Valensiya”, “Vilyarreal”, “Tottenhem” kimi klublarda forma geyinib. 2017-ci ildən “Fənərbaxça”da çıxış edən hücumçunun Super Liqa təmsilçisiylə mövsümün sonuna qədər müqaviləsi var.

Soldado 12 dəfə formasını geyindiyi İspaniya millisində 7 qol vurub.