“Fənərbaxça”nın futbolçusu əməliyyat olundu

Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi Sadık Çiftpınar əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə, Türkiyə Super Liqasının 15-ci turunun “Sivasspor”la matçında (1:3) zədələnən 26 yaşlı müdafiəçinin dizindəki əməliyyatın uğurlu alındığı bildirilib və ona uğurlar arzulanıb.

Türkiyə mətbuatının məlumatına görə, Çiftpınar mövsümün geridə qalan hissəsində forma geyinə bilməyəcək. Onun yay təlim-məşq toplanışına qədər sıraya dönməsi ehtimal olunur.