“Fənərbaxça”dan ilk transfer

Türkiyənin “Fənərbaxça” klubu bu yay ilk transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Super Liqa nəhəngi Almaniyanın “Volfsburq” klubunun ikinci komandasında forma geyinən türkiyəli futbolçu Murat Sağlamı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. “Volfsburq”la müqaviləsinin müddəti başa çatan futbolçu “Fənərbaxça”ya azad agent statusu ilə keçib.

Murat Sağlam 2014-cü ildən Almaniya klubunda forma geyinirdi. Yarımmüdafiəçi həm də Türkiyənin U-21 yığmasında çıxış edir.