“Fənərbaxça”dan ilk oyunda xal itkisi

Futbol üzrə Türkiyə Super Liqasında 1-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Başakşəhər” doğma meydanda “Kasımpaşa” 4 cavabsız qolla yenib. “Ankaragücü” – “Konyaspor” matçında qapılara qol vurulmayıb. “Fənərbaxça” isə “Ümraniyəspor”u qəbul edib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası
1-ci tur
8 avqust

Başakşəhər – Kasımpaşa 4:0
Qol: Aleksiç, 38. Şiş, 38. Şuyar, 74. D.Türüç, 74.

Ankaragücü – Konyaspor 0:0

Fənərbaxça – Ümraniyəspor 3:3
Qol: Valensiya, 19-pen; 45+2. Berişa, 90+2 – Qlumaç, 29. George, 67. Mrsiç, 73-pen.