“Trabzonspor”dan inamlı qələbə

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

“Başakşəhər” doğma meydanda “Kırklarelispor”la, “Fənərbaxça” isə səfərdə “Kayserispor”la heç-heçəyə razılaşıb. Super Liqanın lideri “Sivasspor” “Yeni Malatyaspor”la ev oyununda 4 cavabsız qola sevinib.

İkinci oyun günündə “Alanyaspor” “Kasımpaşa”nı məğlub yola salıb. Səfərdə “Ərzurumspor”la qarşılaşan “Beşiktaş” da məğlubiyyətlə üzləşib. “Qalatasaray” isə “Rizəspor”la səfər oyunundan heç-heçə ilə ayrılıb.

Sonuncu gündə isə “Antalyaspor” “Göztəpə”ni, “Trabzonspor” da “Dənizlispor”u məğlub yola salıb.

Bu mərhələnin cavab oyunları yanvarın 21-23-ü aralığında keçiriləcək.

Türkiyə kuboku, 1/8 finalın ilk oyunları

14 yanvar

Başakşəhər – Kırklarelispor 1:1

Sivasspor – Yeni Malatyaspor 4:0

Kayserispor – Fənərbaxça 0:0

15 yanvar

Alanyaspor – Kasımpaşa 3:1

Ərzurumspor – Beşiktaş 3:2

Rizəspor – Qalatasaray 1:1

16 yanvar

Antalyaspor – Göztəpə 4:3

Trabzonspor – Dənizlispor 2:0