“Fənərbaxça”dan darmadağın

Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

“Başakşəhər” – “Fatih Karagümrük” matçı qolsuz bitib. 5 qolun qeydə alındığı “Trabzonspor” – “Qaziantep” matçında meydan sahibləri əzmkar qələbəyə sevinib. “Sivasspor” səfərdə “Ankaragücü” ilə dueldən məğlub ayrılıb. “Fənərbaxça” isə “Alanyaspor”u 5 cavabsız qolla yenib.

7 turdan sonra 16 xala malik “Adana Dəmirspor”la “Qalatasaray” şərikli liderdirlər. “Başakşəhər”, “Beşiktaş” və “Konyaspor”un hesabında isə 14 xal var. “Fənərbaxça” ilə “Trabzonspor” da 13 xal toplayıb.

Türkiyə Super Liqası
7-ci tur

16 sentyabr

Qalatasaray – Konyaspor 2:1
Qol: S.Oliveyra, 1. Kalvo, 82-öz qapısına – E.Çekici, 15.

Hatayspor – Kayserispor 0:4
Qol: Mensah, 5-pen. Kardozo, 44. Bertolaççi 87. Qavranoviç, 90-pen.

17 sentyabr

Ümraniyəspor – Kasımpaşa 1:2
Qol
: Mrşiç, 90+9 – Hadrqyonay, 36. Bahoken, 83.

Antalyaspor – Adana Dəmirspor 0:3
Qol
: Belhanda, 1. Qulbrandsen, 75. Assombalonqa, 84.

İstanbulspor – Beşiktaş 2:2
Qol
: E.Destanoğlu, 26-öz qapısına. A.Yaşar, 86 – Nkudu, 8. Veqorst,

18 sentyabr

Başakşəhər – Fatih Karagümrük 0:0

Trabzonspor – Qaziantep 3:2
Qol: Trezeqe, 14. Bakasetas, 42-pen. Bartra, 90+8 – Maksim, 2. Markoviç, 9.

Ankaragücü – Sivasspor 2:1
Qol
: Beridze, 2. Sou, 44 – Njie, 48.

Fənərbaxça – Alanyaspor 5:0
Qol
: D.Rossi, 5. Q.Henrike, 17. Krespo, 45+4. Valensiya, 70. İ.C.Kahveci, 76.