Mövsümün sonunda “Fənərbaxça”dan ayrılan Maurisio İslanın yeni klubu müəyyənləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. O, “Flamenqo” ilə anlaşıb. Tərəflər arasında 2022-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalanacaq.
Karyerası ərzində “Yuventus”, “Kalyari”, “Marsel” kimi klubların şərəfini qoruyan İsla, 2017-ci ildən “Fənərbaxça”nın uğurları üçün çalışırdı.