“Fənərbaxça”dan ayrılan futbolçu İtaliya klubunda – RƏSMİ

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Martin Şkrteli transfer edib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı slovakiyalı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. “Fənərbaxça” ilə müqaviləsinin müddəti bitdiyi üçün Türkiyədən azad agent kimi ayrılan Şkrtelə görə yeni klubu heç bir təzminat ödəməyib.

Karyerası ərzində “Trençin”, “Zenit” və “Liverpul” klublarının da şərəfini qorumuş Şkrtel, 2016-cı ildən formasını geyindiyi “Fənərbaxça” ilə yeni müqavilə üçün danışıqlar aparsa da, maliyyə şərtlərində razılığa gələ bilməmişdi.

Slovakiya yığmasında 100-dən çox oyun keçirmiş Şkrtel, “Atalanta”da 37 nömrəli formanı geyinəcək.