“Fənərbaxça”da yeni baş məşqçi – RƏSMİ

“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu vəzifəyə İstanbul təmsilçisinin sabiq futbolçusu Erol Bulut təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bulutla imzalanan müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, “Fənərbaxça”nı müvəqqəti olaraq Tahir Karapınar çalışdırırdı.

Erol Bulutun son klubu “Alanyaspor” olub. Onun rəhbərliyi altında komanda Türkiyə Super Liqasında 2019/20 mövsümünü 5-ci pillədə başa vurub və Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, Erol Bulut futbolçu karyerası ərzində 1995-1999-cu illərdə “Fənərbaxça”da oynayıb. O, 1995/96 mövsümündə kluba çempionluğu qazandıran qolun ötürməsini verib.