“Fənərbaxça”da Mozes şoku

Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin nigeriyalı futbolçusu Viktor Mozes zədələnib.

29 yaşlı vinger Türkiyə kuboku çərçivəsində “İstanbulspor”a qarşı keçirdikləri oyunda sıradan çıxıb. Həmin oyunun 77-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalan Mözes, artıq tibbi müayinədən keçib. İstanbul klubunun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq əzələsində yırtıq aşkarlanan futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Mozesin Super Liqanın birinci dövrəsi çərçivəsində keçiriləcək son dörd oyunda meydana çıxmayacağı dəqiqdir. Onun qış fasiləsi zamanı təşkil olunacaq təlim-məşq toplanışına qədər sıraya dönməsi gözlənilir.